İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kufə şəhərinin Kufə məscidində keçirilən İraqda Qurani-Kərimin hifzi və qiraəti üzrə milli tələbə yarışlarının 6-cı turu qaliblərin mükafatlandırılması mərasimi ilə başı çatıb.
İraqlı tələbələr arasında 6-cı Quran yarışlarının dünən, həftənin Şənbə günü (23 Fevral 2019) Müslim ibn Əqil eyvanında keçirilən yekun mərasimində əl-Əzhər universitetinin qarisi Əhməd Əblahi Quran tilavət edib.
Yekun mərasimində Kufə məscidinin idarə heyətinin məsulu Seyid Məhəmməd Məcid Musəvi və həmçinin Kufə universitetinin rəisi çıxış ediblər. Yeniyetmələrin Səqəleyn dini nəğmə qrupu sürud oxuyub və Qurandan ayələri xorla qiraət ediblər.
Qeyd edək ki, İraqda Qurani-Kərimin hifzi və qiraəti üzrə milli tələbə yarışlarının 6-cı turu Kufə məscidi idarə heyətinin Quran şöbəsinin təşəbbüsü ilə keçirilmişdi.
http://iqna.ir/fa/news/3792785